Futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək-BU GÜN…

Bu gün, iyunun 14-də futbol üzrə Avropa çempionatında daha üç oyun keçiriləcək.

Etikxeber.az xəbər verir ki, qarşılaşmaların biri D, ikisi isə E qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. Qlazqodakı “Hampden Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı almaniyalı Daniel Siebert idarə edəcək. Bu qrupun ötən gün keçirilən görüşündə İngiltərə Xorvatiyanı minimal hesabla üstələyib – 1:0.

E qrupunda üçqat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. “Avro-2020” öncəsi ispanların heyətində Dieqo Lorente və Serxio Busketsin koronavirus testi müsbət çıxıb. Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi qarşılaşma Sevilya şəhərindəki “Estadio La Cartuja” stadionunda gerçəkləşəcək.

Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadiondakı qarşılaşmanın baş hakimi Rumıniyadan Ovidiu Hateqan olacaq.

Etikxeber.az

Read Previous

Prezident Susuzluq Şəhidlərini-ŞƏHİD JURNALİSTLƏRİ ORDENLƏ TƏLTİF ETDİ…

Read Next

25 yeni yoluxma-2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir