Futbolçularımızla fəxr edirəm – QURBAN QURBANOV – FOTO

Futbolçularıma təşəkkür etmək istəyirəm. Həqiqətən qələbə qazanmaq üçün sona qədər gözəl oyun nümayiş etdirdilər. Futbolçularımızla fəxr edirəm.

Etikxeber.az  xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında “Şerif” klubu üzərində 3:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib:

“Bu oyuna hazırlaşmaq bizim üçün çətin idi. Hamımız nəticə haqda düşünürdük. Bu gün çox yaxşı oynadıq, meydanda bacardığımızı etdik. Klub rəhbərliyini, azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. Rəqib haqda danışmağa ehtiyac yoxdur. Onlara uğurlar arzu edirəm”.

Etikxeber.az

Read Previous

“Artıq bu auditoriyaya valideynləri də cəlb etməyin zamanıdır…” – EKSPERT – FOTO

Read Next

Valideynlər uşaqlarını İİV-ə müayinəyə aparırmı? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir