Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbolçuların 2016-cı il üçün son reytinq siyahısı açıqlanıb.
Etikxeber.az www.clubworldranking.com saytına istinadla xəbər verir ki, siyahıda “Barselona” klubunun hücumçusu Lionel Messi liderliyini davam etdirir. Onun hesabında 6269 xal var. Katalonların digər futbolçusu Luis Suares 5603 xalla ikinci pillədə qərarlaşıb. “Real Madrid” klubunun portuqaliyalı forvardı Kriştiano Ronaldo 5220 xalla reytinq cədvəlində üçüncüdür. “Barselona”nın və Braziliya millisinin oyunçusu Neymar 2545 xalla bir pillə irəliləyərək on səkkizinci yerdə qərarlaşıb.
Türkiyə futbolçularından ən yaxşı nəticə Arda Turana məxsusdur. Ötən reytinq cədvəli ilə müqayisədə üç pillə irəliləyən türkiyəli yarımmüdafiəçi 1173 xalla siyahıda 116-cıdır.
Etikxeber.az