Braziliyanın “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların xatirəsi Azərbaycanda bir dəqiqəlik sükutla anılacaq.
Etikxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb. Qərar qurumun bayrağı altında təşkil edilən bütün yarışlarda qarşıdakı oyunlara şamil edilib. Bu isə o deməkdir ki, Azərbaycan kubokunun dekabrın 2-3-də keçiriləcək səkkizdəbir final oyunlarının hamısı bir dəqiqəlik sükutla başlayacaq.
Etikxeber.az