Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırıldı – FOTO

Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisinin 26 hektarında “Azəravtoyol” ASC tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilərək yaxınlıqdakı mövcud xətlərə birləşdirilir.

Bu barədə Etikxeber.az-a ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli və Şıxəli Qurbanov küçələrinin kəsişməsində qazıntı işlərinə başlanılıb.

Bu məqsədlə, Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

Aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə hərəkətdə daha bir müvəqqəti dəyişiklik edilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Odur ki, sürücülər Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmalıdırlar.

Sözügedən ərazidə işlərin 1 həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Etikxeber.az

Read Previous

İslam Həmrəyliyi Oyunlarının futbol yarışında 8 yığma komanda mübarizə aparacaq

Read Next

Metropolitenin maşın və mexanizm bazası yenidən qurulub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir