“Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük qələbəni əhəmiyyətli dərəcədə bizə yaxınlaşdırır…”-ƏLİ ƏHMƏDOV

Qəhrəman Azərbaycan Ordusu növbəti şanlı qələbəsi ilə xalqımıza yenə də sevinc və fərəh hissləri bəxş etdi.

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

“Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük qələbəni əhəmiyyətli dərəcədə bizə yaxınlaşdırır. Çoxdan gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərimiz və müdrik Ali Baş Komandanımız ölkəmizin həyatında ən şərəfli tarixi yazırlar. Tarix isə onların adını qızıl hərflərlə öz səhifələrinə yazır. Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza! Qarabağ Azərbaycandır!”– deyə, Baş Nazirin müavini qeyd edib.

Etikxeber.az

Read Previous

“Ermənistan hökumətinə və xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaq…”-İlham Əliyevin “France 24” televiziya kanalına-MÜSAHİBƏSİ – FOTOLAR – YENİLƏNİB

Read Next

Erməni vandalları tərəfindən dağıdılan Tərtər məktəblərinin sayı-13-Ə ÇATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir