Füzulidən Qırmızı Bazaracan uzun və şərəfli döyüş yolu keçən, cəmi 19 yaşında qəhrəmanlıqlar və igidliklər göstərən Qazi oğlu, 3 medallı-QAZİ NAİL MİRZƏYEV… – FOTOLAR

Nail Səməndər oğlu Mirzəyev…

2001-ci təvəllüdlü…

Evin-ailənin iki övladından, iki qardaşdan biri…

Nail Qəhrəman Goranboyumuzun Nərimanlı kəndindən və İkinci Vətən Müharibəsi iştirakçılarından, Qəhrəmanlıq Dastanı yazan İgidlərimizdən, Qəhrəmanlarımızdandır…

İgidimiz orta məktəbi qurtardıqdan sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına 3 ay qalmış-İkinci Vətən Müharibəsinin başlanması ilə əlaqədar ilk gündən döyüşlərə atılıb…

Füzulidən Xocavəndə, Qırmızı Bazara qədər uzun və şərəfli döyüş yolu keçib…

Dəfələrlə ölümlərdən dönüb və müharibənin başa çatmasına 14 gün qalmış, oktyabrın 27-də, döyüşlərin bir ayının tamamında Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüşlərdə ağır yaralanıb, travma, kontuziya alıb…

Və həmin gündən uzun müddət müxtəlif xəstəxana və hospitallarda müalicə alıb…

Və hələ də sol qolunda iki qəlpə qalmaqdadır…

Müalicə aldıqdan sonra İgidimiz yenidən hərbi xidmətini davam etdirib və bu ilin iyul ayında, iki ilinin tamamında Ordudan təxris olunub…

Döyüşlərdə, müharibədə göstərdiyi Qəhrəmanlıq və İgidliklərə görə 3 medalla-“Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də Qəhrəmanlığı, İgidliyi, qanı ilə qazanıb…

Qazi Nail həm də Qazi balası, Qazi övladıdır…

Atası da Qəhrəman Goranboyumuzun Birinci Qarabağ Savaşı iştirakçılarından, Qəhrəmanlarından və İgidlərindəndir…

Səməndər kişi Birinci Qarabağ Savaşı zamanı-1993-cü ildə Ağdərə istiqamətində ağır döyüşlər zamanı yaralanıb, uzun müddət müalicə-müayinə olunub və ikinci qrup Vətən Müharibəsi əlili, Qazidir…

Atalarımız da havayı yerə deməyiblər ki, ot kökü üstə bitər…

Bəli, Qəhrəman atanın da özü kimi Qəhrəman övladı olmalıdır və Nail də bunu cəmi 19 yaşında İkinci Vətən Müharibəsində iştirakı, Qəhrəmanlığı, İgidliyi ilə doğruldub…

Qazi, Qəhrəman atanın Qazi və Qəhrəman oğlu…

Bu yerdə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, İgidimiz hələ də işsizdir, hələ də əlillik dərəcəsi ala bilməyib…

Onunla, səhhəti ilə düz-əməlli maraqlanan da yoxdur…

Çox üzücü və təəssüfedici bir mənzərə…

Amma inanmaq və ümid etmək istərdik ki, çox da uzaq olmayan zamanlarda cəmi 19 yaşında böyük Qəhrəmanlıqlar göstərmiş, müqəddəs Qələbə və Zəfərimizə töhfə vermiş Qazimizlə, Naillə də maraqlanılacaq, ona Haqq etdiyi münasibət göstəriləcək, əlillik dərəcəsini alacaq!

***

Naillə tanışlığımıza gəlincə tam təsadüfdən alındı…

Belə ki, sentyabrın 26-da daha bir İgidimiz, Qəhrəmanımız, iki medallı Qazimiz, üçüncü qrup Vətən Müharibəsi əlili Fuad Mahir oğlu Həsənovla yenidən Qəhrəman Bərdəmizə, Şəhidləri, Şəhid ailələrinə ziyarətə getməyə hazırlaşırdım…

Fuad telefonda dedi ki, əmi, kəndimizdə, Nərimanlıda daha bir Qazi var, atası da Qazidir, çox gözəl insanlardır, olarmı onu da özümüzlə Bərdəyə aparaq…

Heç bir tərəddüd etmədən “olar” dedim…

Həm də dedim, əlavə etdim ki, niyə də olmasın, gözümüz, başımız üstə…

Və Bərdəyə yola düşərkən İgidimizlə-Naillə tanış oldum və bu tanışlıqdan da çox məmnun oldum…

Fəxr etdim və Qürur duydum ki, Qəhrəman Goranboyumun belə bir Qəhrəman, İgid övladı var…

Həm də ağıllı, olduqca mədəniyyətli, böyük-kiçik yeri bilən və çox utancaq…

Allah özü cəmi Yaralı və Qazilərimizə, içində də Nail Mirzəyevə, Nail balamıza kömək olsun!

Yolu-izi daim açıq, işləri hər daim avand olsun!

19:30

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Goranboy-Bərdə-Goranboy

Read Previous

Daha 774 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

Telli Pənahqızı koronavirusdan dünyasını dəyişən-SƏYYAD ƏLİZADƏDƏN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir