Füzulidən Şuşayacan şəfərli döyüş yolu keçən və bu gün 21 yaşı tamam olan, Cənnətdəki ikinci ad günü qeyd edilən-KÜRDƏMİRLİ-ŞAHSEVƏNLİ ŞƏHİD MURAD YUNUSOV… – FOTOLAR – YENİLƏNİB

Bu gün Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Murad Bayram oğlu Yunusovun ad günüdür.

Murad Yunusovun bu gün 21 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Murad Yunusov 2001-ci ilin 10 sentyabr tarixində Kürdəmirin Şahsevən kəndində, sadə bir ailədə dünyaya göz açıb.

Ailədə 3 övlad, 3 qardaş olublar.

O, rayonun Köhnəbazar kənd orta məktəbində oxuyub.

Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.

2020-ci ilin sentyabrın 27-də İkinci Vətən Müharibəsi başlayanda Murad artıq bir il idi ki, əsgəri idi.

Füzulidən döyüşlərə başlayan Murad Xocavəndin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsi uğrundakı döyüşlərdə igidliklə vuruşub.

Son döyüşü Şuşa istiqamətində olub və noyabrın 4-də qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi dünyaya göz açdığı Şahsevən kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ötən il, 20 yaşının tamamında, Cənnətdəki ilk doğum gümündə adını daşyan “Şəhid bulağı”nın izdihamlı açılışı olub.

O, həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Məzarını ziyarətdən sonra Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar oxunub.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Eyni zamanda, Muradın İgidliyi və Qəhrəmanlığından bəs olunub.

Mərasimdə həmçinin, Vətənə, Şəhidlərə aid şeirlər və Şəhidə həsr olunmuş mahnı səsləndirilib.

Ailəsi də öz növbəsində ziyarət və mərasim iştirakçılarına öz minnətdarlıqlarını ifadə edib.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, 21 yaşı mübarək olsun!

Nur içində uyusun!

12:42

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Read Next

Prezident daha iki məktəbin-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir