Gədəbəy ağsaqqalları Sevinc Hüseynovaya-DƏSTƏK VERDİLƏR- FOTOLAR

103 saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizədi Sevinc Hüseynovanın kampaniya çərçivəsində növbəti görüşü Gədəbəy rayon ağsaqqalları ilə olub.


Etikxeber.az xəbər verir ki, deputatlığa namizəd Sevinc Hüseynova görüşdə çıxış edərək əvvəlcə YAP-ın seçki proqramı haqqında, həmçinin ölkəmizdə həyata keçirilən sosial-iqtisadi, hüquqi və struktur islahatları barədə Gədəbəy ağsaqqallarına məlumat verib.

Namizəd Sevinc Hüseynova daha sonra Gədəbəy ağsaqqallarını fevralın 9-da keçiriləcək parlament seçkilərində öz seçki hüquqlarından istifadə etməyə və fəal olmağa çağırıb.

Öz növbəsində Gədəbəy rayon ağsaqqalları 103 saylı Gədəbəy seçki dairəsindən YAP-ın deputatlığa namizədi Sevinc Hüseynovaya səs verəcəklərini qeyd ediblər.

Etikxeber.az

Read Previous

“Hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açılıb…”- TƏRANƏ MƏMMƏDOVA – FOTOLAR

Read Next

Havanın temperaturu 17 dərəcəyə yüksələcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir