“Gələcəkdə belə hadisələrin baş verməməsi üçün zəruri addımların atılmasının vacibliyi Qazaxıstan tərəfinin diqqətinə çatdırılıb”-MM-İN DOSTLUQ QRUPUNUN RƏHBƏRİ

Azərbaycan-Qazaxıstan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri olaraq Qazaxıstan Respublikasının ərazisində 30 aprel 2020-ci il tarixdə bir nəfər vətəndaşımızın ölümü və iki nəfər vətəndaşımızın yaralanması ilə nəticələnən ağır insident ilə əlaqədar Qazaxıstan tərəfinə müraciət ünvanlamışıq. Müraciətdə yaralı vətəndaşlarımızın müalicəsinin təşkil edilməsini, habelə vəfat etmiş vətəndaşımızın nəşinin ölkəmizə geri qaytarılması ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu adıçəkilən Qrupun rəhbəri, vitse-spiker Adil Əliyev deyib.

“Vəfat edən soydaşımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Baş vermiş insidentdə günahkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması və nəticələri barədə Azərbaycan Respublikasına məlumat verilməsinin təmin edilməsi və gələcəkdə bir daha belə hadisələrin baş verməməsi üçün zəruri addımların atılmasının vacibliyi Qazaxıstan tərəfinin diqqətinə çatdırılıb”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri-NİYƏ VACİB SAYIR? – VİDEO

Read Next

“Yıxılanı baltalamaq bizə yaraşmaz, bu ölkədə hüquq var, qanun var…”-BİLƏSUVARIN DEPUTATI EKS İCRA BAŞÇISININ HƏBSİNDƏN İLK DƏFƏ DANIŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir