Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir müddət öncə Biləsuvar rayonun Yuxarı Ağalıkənd kənd sakini Mehrac Şahbazov mənə müraciət edərək azyaşlı övladı Həsənin müalicəsi üçün köməklik xahiş etdi. Gələcəyin əsgəri olan 10 aylıq Həsən “qurdağızlıq” problemindən əziyyət çəkirdi, yaş irəlilədikcə də ciddi çətinliklə üzləşəcəkdi. Əlbəttə, körpənin taleyi bizi narahat etməyə bilməzdi.
Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Müəyyən axtarışdan sonra gözəl insan, dəyərli ziyalı, ən əsası savadlı həkim, ağız-üz və çənə cərrahı, t.e.n. Xəyal Aşurəliyev səsimizə səs verdi. Həsən Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu və maşallah ki, artıq evdədir, özünü də əla hiss edir! Mən bu görülən işlərin fonunda əziz həkimimiz Xəyal Aşurəliyevə, Bakı Sağlamlıq Mərkəzinin rəhbərliyi və kollektivinə təşəkkür edirəm. Həmçinin, bu xeyirxah təşəbbüsdə dəyərli dostum, peşəkar jurnalist Firuzə Cəlilovanın əməyini xüsusi qiymətləndirir, yüksək təşkilatçılıq, təşəbbüskarlıq fəaliyyətinə görə ona minnətdarlığımı bildirirəm!”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az