Gələcəyin parlayan gimnast ulduzu-Aybəniz Elşən qızı!-RAZİYƏ RZAZADƏ YAZIR

Əliyeva Aybəniz Elşən qızı 2018-ci ildə ziyalı ailəsində dünyaya göz açıb.

Kiçik yaşlarından özündə nümayiş etdirdiyi çeviklik, estetik duyum və iradə onun idmana olan böyük həvəsini üzə çıxarıb.

Bu xüsusiyyətlər onu qısa müddətdə gimnastika sahəsində fərqlənən istedadlı uşaqlardan birinə çevirib.

Aybəniz hazırda “Grasiya” idman klubunda məşq edir.

Klubun rəhbəri Alfiya Mantovanın rəhbərliyi və peşəkar yanaşması sayəsində o, gimnastikanın incəliklərini sürətlə mənimsəyib, hər çıxışında öz üzərində ciddi işlədiyini sübut edib.

Onun məşqlərə məsuliyyətlə yanaşması və səhnədəki özünəinamı gələcək uğurlarının əsasını qoyur. Gənc gimnast artıq bir sıra mötəbər yarışlarda iştirak edərək yüksək nəticələr əldə edib. Azərbaycan Gimnastika Federasiyası tərəfindən təşkil olunan Qəbələ turnirində birinci yerə layiq görülməsi onun ilk böyük uğurlarından biri olub. Bu qələbə Aybənizin idman yolunda mühüm dönüş nöqtəsi kimi yadda qalıb.

2025-ci ildə isə Aybəniz beynəlxalq arenada da özünü uğurla sınayıb. Dubay və Qazaxıstanda keçirilən beynəlxalq turnirlərdə iştirak edərək qızıl medal və kubok qazanması onun yalnız ölkə daxilində deyil, xaricdə də tanındığını göstərir. Bu nailiyyətlər onun gələcəkdə daha böyük yarışlarda iştirak edəcəyinə ümidləri artırır.

2026-cı ildə “Grasiya” idman klubunun təşkil etdiyi açıq birincilikdə Aybəniz iki qızıl medal və tac qazanaraq öz üstünlüyünü bir daha sübut edib. Eyni zamanda, Azərbaycan Gimnastika Federasiyası tərəfindən keçirilən “Winter Cup” beynəlxalq yarışında bürünc medal əldə etməsi onun davamlı inkişafının göstəricisidir.

Aybəniz Elşən qızı artıq kiçik yaşına baxmayaraq, böyük nailiyyətlərə imza atmış, gələcəyin ümidverici idmançılarından biri kimi seçilib.

Onun zəhməti, əzmkarlığı və idmana olan sevgisi göstərir ki, qarşıdakı illərdə daha böyük zirvələri fəth və Azərbaycan idmanını beynəlxalq arenada layiqincə təmsil edəcək.

Raziyə KAMİLQIZI,

AYB və AJB-nin üzvü

Etikxeber.az

Read Previous

Yağış yağacaq-SABAH

Read Next

Yenə bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir