“Gələn il Azərbaycan qadınlarının seçmək, seçilmək hüquqlarının 100 illiyi qeyd ediləcək” – HİCRAN HÜSEYNOVA

“Gələn il Azərbaycan qadınlarının seçmək, seçilmək hüquqlarının 100 illiyi qeyd ediləcək”.

Etikxeber.az  məlumat varir ki, bunu sentyabrın Bakıda Milli Məclis, “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, rəhbəri olduğu Komitənin mövcudluğu Azərbaycanın qadın siyasətinə nə dərəcədə önəm verdiyini göstərir.

H.Hüseynova bildirib ki, gender ekpertizası baxımından Azərbaycanın bütün qanunvericiliyində dəyişikliklər aparılıb:

“Qanunlar var, amma biz elə etməliyik ki, onlar işləsin, insanlar ondan istifadə edə bilsin. Biz bəzi rayonlarımızdakı Ailə Dəstək Mərkəzləri vasitəsilə bir çox layihələr təşkil etmişik. Bu gün gender siyasətinə dövlət, icra orqanı sistemində nail olmuşuq. Bu gün hər bir icra orqanı sistemində rəhbərlikdə heç olmasa, bir qadın müavin var”.

Etikxeber.az

Read Previous

“Daha çox işlər görülə bilər…” – BMT-nin rezident əlaqələndiricisi

Read Next

İfrat dini çağırışlar cəmiyyətimiz tərəfindən qəbul olunmur – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir