Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2018-ci ilin aprelində Bakıda Qoşulmama Hərəkatı Xarici İşlər nazirlərinin toplantısı keçiriləcək.
Etikxeber.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, Azərbaycan 2019-2022-ci ildə Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu hərəkatda 120-dən çox dövlət iştirak edir.
Qoşulmamaq Hərəkatının Sammiti isə 2019-cu ildə Azərbaycanda keçiriləcək.