Gələn il yaşayış minimumu və ehtiyac meyarı-270 MANAT OLACAQ

Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.

Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılır.

2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı, 12 medallı, keçmiş Xüsusi Təyinatlı Tural Əliyev İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi: “BİR SIRA CİDDİ PROBLEMLƏRİM VAR, HƏMİN PROBLEMLƏRİN HƏLLİNƏ DƏSTƏK OLMAĞINIZI İSTƏYİRƏM”

Read Next

“Sülh müqaviləsinin mətni nüvə fizikası deyil…”-HİKMƏT HACIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir