Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Spiker Oqtay Əsədov “Təhsil haqqında” qanunun yenidən hazırlanması ilə bağlı bəzi millət vəkillərinin təkliflərinə etirazını bildirib.
Etikxeber.az məlumat verir ki, parlamentin iyunun 15-də keçirilən növbədənkənar plenar iclasında O.Əsədov xatırladıb ki, uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb:
“Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanunun yenidən işlənməlidir. Belə olmaz axı… Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı. Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq…”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





