Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tanınmış sənətçi, Əməkdar artist, Şəhid xanımı Aybəniz Haşımova Azərbaycan Orusunun son günlərdəki Qələbə, Zəfər yürüşünə şeir ithaf edib.
Etikxeber.az həmin şeiri təqdim edir:
GƏLİRİK, QARABAĞA!
Başı dumanli dağlar, deyin Xan qızı Natəvana,
Qoy daha ağlamasin, tonqalların yandırsın.
Gəlirik, Qarabağa!
Üzeyir cuşə gəlib, Bülbülün haraylasın,
Gəlsin sədasına, Molla Pənah Vaqifin!
Zəfər Himni yazılsın, doğma Azərbaycanın.
Gəlirik, Qarabağa!
Xan Əmi uca səslə Arifini səsləsin,
Oxusun Bal səsiylə, Qarabag şikəstəsin.


Küsmüş ruhlar oyansın,
Qarabağın atları bir-biriylə yarışsın.
Gəlirik, Qarabağa!
Gözü yolda əsirim…
Çəməninə, düzünə,
Göy meşəli, ətirli,
Sel kimi aşıb daşan, şəlalənə az qalıb.
Gəlirik, Qarabağa!
Dərələri, düzləri, sıldırım qayaları
Müjdələ XARI BÜLBÜL.
Gəlirik, Qarabağa!
Şuşaya söyləyin, gözü yolda qalmasın,
LAÇINIMI, KƏLBƏCƏRİMİ, AĞDƏRƏMİ SƏSLƏSIN,
QUBADLI, ƏSGƏRANDA TOY-DÜYÜNLƏR QURULSUN,
İRƏVANI, ZƏNGƏZURU, GOYCƏNİ, BASARKEÇƏRİ, DƏRƏLƏYƏZİ TOY- BÜSATA ÇAĞIRSIN.
GƏLİRİK, QARABAĞA!
İLHAM, ALİ BAŞ KOMANDAN GÖRÜNMƏZ TARIX YAZDI,
QƏLƏBƏ SEVİNCİNİ HƏR BIR ƏRƏ YAŞATDI,
MEHRİBANI VƏTƏNƏ “CAN” DEDİ, QUCAQLADI,
TÜRKÜN YENİLMƏZ OĞLU, İGİD ƏSGƏRİM MƏNİM!
QÜDRƏTİ, RƏŞADƏTİ TARİXLƏRƏ YAZILDI!
BİR DƏ VERMƏRİK SƏNİ
YAD ELLƏRƏ,YAĞIYA
GÖZLƏRİN AYDIN OLSUN.
GƏLİRİK, QARABAGA!
25.10.2020
Etikxeber.az