Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gəncə-Bakı yolundakı, eləcə də Gəncə şəhərindəki bütün Şəhid plakatları və şəkilləri söküləcək və sökülməlidir. Bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı 23 aprel 2025-ci il tarixində Gəncəli Şəhid ailələri ilə görüşündə deyib. Bildirib ki, ya Şəhid ailələri özləri plakatları, şəkilləri sökməli, ya da yerli qurumlar tərəfindən Şəhid plakatları və şəkilləri sökdürüləcək. İcra başçısı hətta vaxt da qoyub.
Bu barədə Gəncəli Şəhid ailələri tərəfindən Etikxeber.az-a daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, bu addım bütün Şəhid ailələrini hiddətləndirib və qəzəbləndirib.
Şəhid ailələri Gəncə şəhər İcra Hakimiyyətinin bu addımı ilə heç cür razılaşmadıqlarını və razılaşmayacaqlarını bildiriblər.
Eyni zamanda, onlar İcra Hakimiyyətini bu yanlış addımdan və yoldan çəkinməyə çağrıblar.
P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə və işıqlandırmağa hazırıq.
Etikxeber.az