Ailənin 3 övladından biri, ali təhsilli, subay…Gəncə Şəhidlərindən Hikmət Məmmədovun adını daşıyan-“ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU…- FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Hikmət Lətif oğlu Məmmədovun adını daşıyan “Şəhid bulağı”nın açılış mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, səhər saatlarında, yağışlı havada başlayan açılış mərasimində Şəhidin ailə üzvləri, yaxınları, keçmiş iş yoldaşları, Qazilər, məktəblilər və digərlər şəxslər iştirak ediblər.

Mərasimdə çıxışlar olunub, Şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edilib, şeirlər səsləndirilib.

Sonra “Şəhid bulağı”nın açlışı edilib.

Şəhidin atası Lətif Məmmədov da öz növbəsində mərasim iştirakçılarına, “Şəhid bulağı”nın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını ifadə edib.

***

Qeyd edək ki, Şəhid Məmmədov Hikmət Lətif oğlu 19 noyabr 1993-cü ildə Gəncə şəhərində doğulub.

Ailədə 3 uşaq-2 qardaş, 1 bacı olublar.

İllər öncə analarını vaxtsız itiriblər.

2000-ci ildə Kəlbəcər rayonunun Gəncə şəhərində yerləşən 98 nömrəli orta məktəbinin 1-ci sinfinə daxil olub, 2011-ci ildə həmin orta məktəbi bitirib. 

2011-ci ildə Gəncə Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuş, 2015-ci ildə ali təhsilini başa vurub. 

2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət edib. 

2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan İkinci Vətən Müharibəsində iştirak edib. 

2 oktyabr 2020-ci il tarixində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb. 

4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. 

Hikmət Məmmədov həm də subay idi. 

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:12

***

FOTOLAR:

16:12

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Müxalifət ölkəsinin NATO-ya üzv olmasının-ƏLEYHİNƏDİR

Read Next

Son iki il iki ayda ilk dəfə olaraq-YOLUXMA VƏ ÖLÜM FAKTI QEYDƏ ALINMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir