Gəncədə gənc oftalmoloqların X konfransı keçiriləcək

Noyabrın 25-də Gəncədə “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların X konfransı keçiriləcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən Etikxeber.az-a bildirilib ki, konfransın açılışı şəhərdəki “Ramada” hotelinin konfrans salonunda saat 10:00-da olacaq. Açılış mərasimində mərkəzin direktoru, Əməkdar Elm Xadimi, professor Elmar Qasımov çıxış edəcək.

Konfransda Milli Oftalmologiya Mərkəzi ilə yanaşı, Azərbaycan Tibb Universiteti, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Şirvan Diaqnostika Mərkəzi və Xızı Rayon Mərkəzi Xəstəxanasından oftalmoloqların mövzuya dair məruzələri dinləniləcək.

Etikxeber.az

Read Previous

Mərc oyunlarına pul yatıran baş məşqçi ağır cəzalandırıldı

Read Next

Nizami Kino Mərkəzində “Frankenşteyn” nümayiş olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir