Gəncənin giriş və çıxışındakı Şəhid plakatları sökülməyəcək-ANCAQ ŞƏHƏRİN DAXİLİNDƏKİ ŞƏHİD ŞƏKİLLƏRİ VƏ ŞƏHİD PLAKATLARI YIĞIŞDIRILACAQ – SON MƏLUMAT

Səhər saat 9-dan təxminən 12-yə kimi Gəncə şəhər İcra Hakimiyyətində və Polis İdarəsində bir qrup Şəhid ailəsi ilə müzakirələr aparılıb. Gərgin müzakirələrdən sonra qərara alınıb ki, şəhərin giriş və çıxışındakı Şəhid şəkilləri, Şəhid plakatları sökülməsin. Ancaq şəhərin daxilindəki Şəhid plakatları və Şəhid şəkilləri sökülsün, yığışdırılsın. Eyni zamanda, bildirilib ki, Şəhid şəkilləri və plakatları Şəhid ailələrinin özləri tərəfindən sökülsün, əks təqdirdə, Mənzil-Kommunal Təsərrüfatının işçiləri tərəfindən söküləcək və yığışdırılacaq.

Bu barədə Gəncəli Şəhid ailələri tərəfindən Etikxeber.az-a daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, bu addım, bu qərar onların-Şəhid ailələrinin tam ürəyindən olmasa da, razılaşmalı olublar.

Etikxeber.az

Read Previous

Əliyev CGTN telekanalına-MÜSAHİBƏ VERDİ – FOTO

Read Next

Şəhid ailələrinin iştirakı ilə İkinci Vətən Müharibəsi Şəhidi Elfaq Nağıyevin tək qardaşı-ali təhsilli-ELVAN NAĞIYEVİN TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir