Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib.
Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, “Vurğuna vurğun gəlin” adlı yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
Tanınmış şair-dramaturq Zaməddin Ziyadoğlunun Xalq Şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.
Yeni səhnə əsəri yaxın günlərdə ADGTT-nin kiçik səhnəsində nümayiş etdiriləcək.
Etikxeber.az