Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Litvada keçiriləcək “Atspindys” XI Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, kollektiv bir sıra beynəlxalq teatr festivallarında uğur qazanmış S.Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı isə Əməkdar Artist Şövqü Hüseynovdur.

Oktyabr ayının 11-dən 17-dək davam edəcək festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş olunacaq. Festivala Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya və Slovakiyanın teatr kollektivləri də qatılacaq.

“Atspindys” festivalı Gənc Tamaşaçılar Teatrının 89-cu teatr mövsümündə iştirak edəcəyi ikinci beynəlxalq festivaldır. Teatrın noyabr ayında Moldovada keçiriləcək mono-tamaşalar festivalında da iştirakı nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi 17 dəfə pozulub

Read Next

Polis rəisindən 200 min manat alan qadının şikayətinə baxılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir