Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif olacaq

Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Avrasiyanın ürəyi – Qazaxıstan” Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, oktyabrın 23-dən 28-dək davam edəcək festivalda Bəhram Osmanov münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Baş rejissorumuza dəvət Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi tərəfindən gəlib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə həyata keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.

Festival Azərbaycan və Qazaxıstan mədəni və teatr əlaqələrinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli mövqe daşıyır.

Etikxeber.az

Read Previous

MDB ölkələrinin Beynəlxalq Maliyyə-Bank Forumu keçiriləcək

Read Next

İş adamını öldürən azərbaycanlının Rusiyada apellyasiya şikayəti təmin olunmadı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir