“Gənclərə onların cəmiyyətə çox lazım olduğunu anlatmağa qeyri-standart yanaşmalarla təbliğ etmək lazımdır” – MİLLƏT VƏKİLİ

Necə ki, biz uşaqlara həyatda ayaq üstə durmağı, öz yerini tutmağı, vətəninin sevməyi öyrədirik, onlarla təhlükəsizliyin, sağlam qidanın, möhkəm ailə qurmağın təbliğatını aparırıq, o cür də onlara üzgüçülüyü təbliğ etməliyik. Bu təbliğat getməlidir. Ancaq çox təəssüf ki, biz yalnız faciənin özünü göstəririk.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun dediyinə görə, üzgüçülüyü bilmək adi bir normaya çevrilməlidir.

“Əgər tez-tez desək ki, mütləq üzgüçülüyü öyrənin, bu cür standart şablon sözləri insanlar qəbul etməyəcək. Ancaq yazı çıxsa ki, insan batan zaman nə etməli ki xilas olsun, onu qəbul edəcəklər.

Hesab edirəm ki, gənclərə özünü qoruyub saxlamağa, onların cəmiyyətə çox lazım olduğunu anlatmağa qeyri-standart yanaşmalarla, təkliflərlə  təbliğ etmək lazımdır.

Ona görə də bir müddət öncəki statusumun axırında yazmışam ki, gənclər, özünüzü qoruyun, siz bizim üçün qiymətlisiniz. Hər bir insan cəmiyyət üçün heç bir qiymətlə ölçülməyəcək qədər dəyərlidir və hər bir insan üçün biz mübarizə aparmalıyıq…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Elçibəyin vəfatından 19 il ötür…

Read Next

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çadı – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir