Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli istirahət günlərində Lənkəranda bir qrup fəal gənclə görüş keçirib.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə ölkədə gedən müsbət siyasi proseslər, dövlətin sosialyönümlü addımları, xaricdən idarə olunan radikalyönümlü saytların ölkədə xaos yaratmaq istəyi, gənclərin buna münasibəti çərçıvəsində geniş söhbət açan millət vəkili bu işlərdə gənclərin aparıcı qüvvə olduğunu vurğulayıb.
İştirakçılardan Əliyev Yalçın, Quliyev Cəmil, Əliyev Akşın, Allahverdiyeva Aygül və başqaları onları maraqlandıran suallar vermiş, aldıqları cavabdan məmnun qaldıqlarını bildirib və öz təkliflərini irəli sürüblər.
Görüş nahar süfrəsi arxasında başa çatıb və sonda millət vəkili ilə xatirə şəkli çəkdirilib.
Etikxeber.az