Gənclər Fondu Müşahidə Şurasının tərkibi ilə bağlı sərəncamda dəyişiklik edildi

Ölkə prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3784 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №3, maddə 509) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini

Etikxeber.az

Read Previous

Milli Məclisin xüsusi iclası keçiriləcək – SENTYABRIN 20-DƏ

Read Next

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılacaq – FOTO -YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir