“Gənclər işə cəlb edilməlidir, köhnə təfəkkürlə hara gedə bilərik?” – PREZİDENTDƏN ƏLİ ƏSƏDOVA TAPŞIRIQ

Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev son müşavirədə deyib.

iqtisadi musavira

musavira-ilya-6

“Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük…”-deyə, İ.Əliyev sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“İqtidarda olan bəziləri islahatlara qarşı çıxır” – İLHAM ƏLİEVDƏN SƏRT SÖZLƏR – FOTO

Read Next

“Prezidentin gənc kadrlarla bağlı məsələni vurğulaması…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir