“Gənclərbirliyi”-nin əfsanəvi prezidenti vəfat edib

Türkiyənin “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav vəfat edib.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yüksək qan təzyiqi ilə bağlı uzun müddətdir ki, müalicə edilən İ. Cavcav dünən yıxılıb, başı yerə çırpılıb.

Beyindaxili qanaxma ilə əlaqədar Ankara Güvən Xəstəxanasına yerləşdirilən İ. Cavcavı həkimlərin səyinə baxmayaraq, 81 yaşında həyatını itirib.

Qeyd edək ki, İ. Cavcav 1978-ci ildən “Gənclərbirliyi” klubunun prezidentidir.

Etikxeber.az

Read Previous

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edildi – FOTO

Read Next

“Bu tədbirlər əhalinin etibarlı sosial müdafiəsinin təmininə yönəlib” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir