Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası Milli Məclisinə VII çağırış seçkilərlə bağlı olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Gəndəbil, Ağabağı, Şıxbağı, Nəzəralılı kəndlərinin seçiciləriylə biraraya gəldik. Təxminən iki saat davam edən görüşdə ikiyüzə qədər seçici iştirak edirdi.
Etikxeber.az xəbər verir ki, bu barədə 95 saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor Jalə Əliyeva deyib.
“Bütün görüşlərimiz kimi, Gəndəbil və yaxın kəndlərin əhalisi ilə keçirdiyimiz görüş də öz izdihamı, səmimi, müsbət ab-havası ilə yadda qaldı. Çıxış edənlər adı çəkilən kəndlərdə gedən böyük quruculuq və abadlıq işləri üçün ölkə rəhbərinə təşəkkür etdilər. Eyni zamanda, rayonda və ayrı-ayrı kəndlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin və quruculuq işlərinin həyata keçməsində öz köməyini əsirgəməyən, daim seçicilərinin yanında olan millət vəkili Jalə Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Və 1 sentyabrda keçiriləcək Parlament seçkisində səs verəcəkləri namizədin hal-hazırda onları ali qanunverici orqanda uğurla təmsil edən Jalə Əliyeva olduğunu vurğuladılar. Görüşdən əvvəl Gəndəbilli şəhid Rüstəmov Fərid Nofəl oğlunun xatirəsinə ucaldılan Xatirə Kompleksini və şəhidimizin evini ziyarət etdik, valideynləri, yaxınları ilə görüşdük, vəziyyətləriylə maraqlandıq. Şəhidimizin valideynləri, ailəyə göstərdiyimiz diqqətə görə minnətdarlıqlarını ifadə etdilər. Bütün seçicilərimə bir daha təşəkkürlərimi, sevgi və ehtiramını çatdırıram”-deyə, o, əlavə edib.
Etikxeber.az