“Gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq”-NED PRAYS

ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmalarla bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir.

Etikxeber.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilib.

“Biz gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır”-deyə, bəyanatda bildirilib.

Etikxeber.az

Read Previous

“Qarabağ” – “Ferentsvaroş” oyununda-QALİB MÜƏYYƏNLƏŞMƏDİ…

Read Next

Gözəl, füsunkar Alpanın bir “eyibi”-illərdir davam edən su problemi: ŞƏHİD ATASI PROBLEMİ HƏLL ETMƏK İSTƏYİR, AMMA BİR ŞƏRTLƏ… VƏ YAXUD QUBA VƏ “AZƏRSU” RƏHBƏRLİYİ NƏYİ GÖZLƏYİR, NİYƏ İNSANLARIN İLLƏRDİR HARAYINA CAVAB VERİLMİR? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir