“Gəzintiyə çıxdıq, şəhər möhtəşəmdir…” – MADURO

“Biz dünən axşam 15 saatlıq uçuşdan sonra gəlmişik. Amma bu yol bizə uzaq görünmədi”.

Etikxeber.az xəbər verir ki, bunu  Venesuela Prezidenti Nikolas Maduro  Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı mətbuata bəyanatında səsləndirib.

O, deyib ki, iyirmi birinci əsr davam etdikcə biz bir-birimizə get-gedə daha da yaxınlaşırıq.

“Bu ana qədər hörmətə və dostluğa əsaslanaraq nümayəndə heyətimizi çox səmimiyyətlə qarşıladınız. Bu cür səmimi qəbula görə Sizə olduqca minnətdarıq, cənab Prezident.

Bakıda gəzintiyə çıxdıq. Əfsanəvi Xəzər dənizi çox gözəldir. Şəhər çox möhtəşəmdir. Azərbaycan xalqının qəhrəman şəhidlərinin xatirəsini yad etdik.

Siz Vətən üçün həyatından keçmiş oğul və qızlarınızın adını uca tutursunuz, dəyərlərinizə sadiqsiniz. Biz bunun şahidi olduq. Simon Bolivarın, Prezident Çavesin irsinə bağlı insanlar kimi, biz ölkənizə vurulduq, səmimi qəbula görə təşəkkür edirik”-deyə, N. Maduro sonra sözlərinə əlavə edib.

Gununsesi.info

Read Previous

Azərbaycan öz neft hasilatını və ixracını artırmayacaq – BƏYANAT

Read Next

2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Sammiti keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir