Gələn ilin dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat məbləğində-PROQNOZLAŞDIRILIB – YENİLƏNİB – (1)

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Maliyyə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

***

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 407 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5%-ini təşkil edəcək.

Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8% çoxdur. Gəlirlərin 52,4%-i neft sektorunun, 47,6%-i qeyri-neft sektorunun payına düşəcək.

Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7%-ini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3%-ini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır. Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 844 mln. manat və ya 19,3% proqnozlaşdırmağa imkan verir.

2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5% artıq olmaqla 28 974 mln. manat məbləğində (ÜDM-in 35,6%-i) proqnozlaşdırılıb. Xərclərin 68,7%-ini cari xərclər, 24,7%-ini əsaslı xərclər, 6,6%-ini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.

Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 %-lik artımı, əsaslı xərclərin 14,1-%, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13% azalması proqnozlaşdırılır.

Beləliklə, 2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6% az olmaqla 2 567 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2%ini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2%), daxili və xarici borclanma (27,3%), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1%) və özəlləşmədən daxilolmalar (4,4%) hesabına maliyyələşdiriləcək.

Həmçinin, gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

***

Bununla yanaşı, gələn il dövlət büdcəsinin xərclərinin 15,5 faizi müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılacaq.

Azərbaycan Respublikasının 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.

Etikxeber.az

Read Previous

Ailənin iki övladından biri, anasını vaxtsız itirən, sentyabrın 8-də dünyaya gələn və noyabrın 8-də Şəhid olan Baş leytenant, bir orden və iki medallı-CEYHUN NƏHMƏTOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ – ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU, DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ…-FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Əlavə buraxılış imtahanı keçirilir-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir