Gələn il III Yalta beynəlxalq iqtisadi forumu keçiriləcək

2017-ci il aprelin 20-22-də III Yalta beynəlxalq iqtisadi forumu keçiriləcək.

Etikxeber.az “lenta.ru”ya istinadla xəbər verir ki, forumda iştirakçılar kosmik texnologiyalar və süni intellekt, mədəni irs kimi bir sıra məsələləri müzakirə edəcəklər. Mədəni irsin qorunub saxlanması ilk dəfə müzakirələr proqramına daxil olacaq.

Tədbir üç tematik bloka bölünəcək: “Dünya”, “Ölkə”, “İnsan”. Birinci blok beynəlxalq biznes baxımından Rusiyada iqtisadi vəziyyətin müzakirəsinə həsr olunacaq. Tədbirdə xüsusilə, Rusiyanın dünya iqtisadiyyatında yeri, biznes-tərəfdaş kimi qarşılıqlı təcrübə, xarici investorlar üçün imkanlar məsələlərini nəzərdən keçirmək planlaşdırılır.

Forumda dünyanın 30-dən çox ölkəsindən nümayəndələrin iştirakı gözlənilir.

Etikxeber.az

Read Previous

Neftin qiyməti yenidən ucuzlaşıb

Read Next

“Apple” 2017-ci ildə 3 yeni smartfon buraxacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir