Parlament buraxılır – YENİ SEÇKİLƏRƏ GEDİLİR – YAP MESAJ VERDİ – YENİLƏNİB

Gələin ilin əvvəllərində 5-ci çağırış parlament buraxıla və növbədənkənar 6-cı çağırış seçkilərə gedilə bilər.  Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının hazırda davam edən iclasında da seçkilərə yönəlik  mesaj verilib. Odur ki, gələn ilin yazında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilən və mümkündür.

Bu haqda Etikxeber.az-a adının çəkilməsini istəməyən tanınmış və partiyanın rəhbər orqanlarından birindən təmsil olunan YAP üzvlərindən biri məlumat verib.

O, qeyd edib ki, bütün məqamlar Siyasi Şuranın, İdarə Heyətinin və YAP-çı deputatların iclasından sonra Sədr müavini Əli Əhmədovun keçirəcəyi mətbuat konfransında dilə gətiriləcək.

***

Son məlumata görə, YAP Siyasi Şurası parlamentin buraxılması təşəbbüsünü bəyənib.

Etikxeber.az

 

Read Previous

“Siyasi Şuranın və İdarə Heyətinin iclasları istənilən vaxt çağırıla bilər…” – MİLLƏT VƏKİLİ

Read Next

YAP Siyasi Şurası və deputatlar toplaşdı və… – ÖZƏL – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir