Gəncədə mağazada baş verən yanğın nəticəsində bir nəfər ölüb

Gəncə şəhərinin Kəpəz rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 21 kvadratmetr olan ərzaq mağazasında yanğın baş verib. Hadisə nəticəsində obyektə bitişik olan meyvə-tərəvəz mağazasının dam örtüyü də yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə edilib. Alov saat 06:45-də söndürülüb.

Etikxeber.az

Read Previous

Türkmənistanda prezident seçkiləri keçirilir

Read Next

Avropa Komissiyasının prezidenti növbəti müddət üçün namizədliyini irəli sürəcəkmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir