Gəncədə quldurluq edən keçmiş məhkumlar həbs olundu

Dekabrın 28-ə keçən gecə Gəncə şəhərində 3 naməlum şəxs Şəmkir rayon sakini Çoban Bəhramzadəni döyərək, 550 manatını və mobil telefonunu alıb.

Etikxeber.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Rövşən Məmmədtağıyev, əvvəllər məhkum olunmuşlar Ramin Nəbiyev və Ərəstun İmamverdiyev tutulublar.

Aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün saat 01.00 radələrində şəhər sakini K. Ə. adlı qadını Rövşən Məmmədtağıyevə məxsus “VAZ-2107” markalı avtomobilə zorla oturdaraq Sevinc qəsəbəsinə aparmaları, amburla (vintaçan) hədələyərək 60 manat pulunu və qızıl üzüyünü almaları, habelə zorlamaları da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Etikxeber.az

Read Previous

MTN generallarının məhkəməsi başlayır- Yanvarın 19-da

Read Next

“Azərsu” rəsmisini oğlunun dostu arvadı ilə evlənmək istədiyinə görə güllələyib?! – Yeni təfərrüatlar – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir