“Gəncəni yenidən atəşə tutmaqla, yenidən qan axıtmaqla ermənilər öz barbar mahiyyətlərini ortaya qoydular…Amma uduzublar, uduzurlar və uduzacaqlar!!!”-JALƏ ƏLİYEVA YAZIR

Sentyabrın 27-si…

26 illik kəsilməyən atəş-kəsdən sonra Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu yenidən-ikinci Qarabağ savaşına, ikinci Vətən müharibəsinə başladı…

Düşmənin son qanlı təxribatı 32 ildir, xüsusilə, 1994-cü ilin mayından-Bişkək razılaşmasından bu yana dözən, səbr edən, danışıqlar yolu ilə münaqişənin müsbət həllinə, sülhə inanan, sülhü həsrətlə gözləyən Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun səbr kasasını daşırdı…

Necə deyərlər, 27 sentyabr fitnəkarlığı bardaqdakı suyu daşıran son damla oldu…

Ali Baş Komandan tərəfindən müzəffər Azərbaycan Ordusuna dərhal Vətən müharibəsinə başlamaq, “Vur” əmri verildi…

Kismədən də icazə almadan, kiminsə də reaksiyasını gözləmədən…Növbəti iradə, növbəti qətiyyət nümayiş etdirildi…

Və elə həmin gün-cəmi bir neçə saat ərzində şanlı Azərbaycan Ordusu tərəfindən Füzuli və Cəbrayıl rayonlarının işğal altındakı 7 bölgəsi, saatlar sonra isə Goranboy istiqamətində, Murov dağı yüksəkliyindəki Murov zirvəsi yağı, murdar ermənidən, işğalçıdan təmizləndi, azad edildi, nəzarət götürüldü…

Ancaq şanlı Ordumuz dayanmadı, nəfəs dərmədi, düşmən, yağı üzərinə şığımaqda davam etdi, Vətən torpaqlarını, Qarabağı işğaldan azad etməkdə sonacan qərarlı və əzmli olduğunu nümayiş etdirdi…

Və Zəfər dalınca Zəfər qazandı, Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə, havadarlarına növbəti dərs verildi…Dərs ardınca dərs!

Ağdərənin çox əhəmiyyətli Madagiz (Suqovuşan) kəndi, Tərtərin illərdir tilsimə dönmüş strateji Talış kəndi, Cəbrayıl və Füzulinin bir neçə kəndi, həmçinin, Cəbrayıl şəhəri, yenə də çox önəmli bölgə olan Hadrut qəsəbəsi və daha bir neçə yaşayış məntəqəsi düşmən tapdağından azad olundu…Düşmənə, işğalçıya calın-çarpaz dağ çəkildi…

Vurulan, məhv edilən, qənimət kimi ələ keçirilən silah-sursatın sayı-hesabı ilə ölçüyəgəlməzdir…Sentyabrın 27-dən oktyabrın 9-can Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısı:

16 komanda məntəqəsi 196 tank məhv edildi, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, – 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni. Qənimət kimi götürülmüş hərbi texnika: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.Sözsüz, şərhsiz…

Həmçinin, məhv edilən erməni hərbçilərinin, cəlladlarının sayı sayıb-qurtarılmaqla bitmir…Elə özləri 6 mindən çox hərbçinin, əsgərin öldürüldüyü barədə məlumatlar tirajlayırlar…

Bəli, bunlar hamısı Azərbaycan dövlətinin gücü, Azərbaycan Ordusunun əzmi, Ali Baş Komandanın iradəsi, Azərbaycan xalqının Qarabağı son qarşınacan işğaldan azad etmək qərarında dönməz olması deməkdir…

Azərbaycan Ordusunun əzmi, Ali Baş Komandanın iradəsi qarşısında əzilən ermənilər, erməni cəlladları və işğalçı, təcavüzkar Ermənistan yenidən timsah göz yaşlarına, hay-həşirə, həyasızlığa əl atdılar, “atəşkəs”- deyə, ağız açmadıqları lider, dövlət xadimi, adam qalmadı…

Nəhayət, sülhdən, insanlıqdan yana olan Azərbaycan, Ali Baş Komandan bir daha Ermənistana son şans vermək qərarına gəldi…

“Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?!”-deyə, Azərbaycan xalqına tarixi müraciətində bəyan edən Ali Baş Komandan yenə Azərbaycanın, özünün sülh niyyətini ortaya qoydu, düşmənə və havadarlarına yenə son şans tanıdı…

Oktyabrın 9-dan 10 keçən gecə, üst-üstə davam edən 11 saatlıq Moskva danışıqlarından sonra humanitar atışkəs razılşması imzalandı…

Ancaq erməni ki, erməni…Hər zaman yazdığım və qeyd etdiyim kimi, onların heç zaman xisləti dəyişməz, “erməniçilik” xəstəliyi, faşizm, nasizm onların iliyinəcən işləyib…

“Atəşkəs, danışıqlar” deyib yalvaranlar, əl-ağyağa düşənlər, Ali Baş Komandanın dediyi kimi, “dabanyalayanlar” yenə də öz xislətlərini göstərdilər…Özləri yenə atəşkəsi pozan tərəf oldu…Yenə Tərtəri, Ağdamı, Füzulini, Mingəçeviri, Gəncəni vurmağa başladılar, atəşə tutdular…

Gecə, bir neçə saat öncə yenə tarixi Gəncəmizi atəşə tutdular, növbəti insanlıq dramı törətdilər, qaniçən, barbar mahiyyətlərini ortaya qoydular…

Amma bu, onların son çırpınışlarıdır…

Uduzublar, həm sahada, həm masada, həm hərb meydanında, həm diplomatiya səngərində…

Bundan sonra da uduzacaq, fiaskoya uğrayacaq, özləri sonlarını öz əlləri ilə gətircəklər…

Haqq, Qələbə, Zəfər bizim olacaq, bizimlədir…Çünki biz Haqq yolunda, Haqq savaşındayıq…Qarabağ bizimdir, bizim olub və bizim olacaq!

Fikirlərimi ölkə Prezidentinin xalq müraciətindəki müdrik kəlmaları ilə yekinlaşdırmaq istəyirəm:

“Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik. Ona görə də bu gün bizim uğurlu əməliyyatımız böyük nəticələrə gətirib çıxardı. Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm, ölkəmizi inamla idarə edirəm, bütün sahələrdə, o cümlədən hərbi quruculuq sahəsində”.

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Gəncədə qətlə yetirilən günahsız insanların qisası yerdə qalmayacaq”-YAP SƏDRİNİN MÜAVİNİ

Read Next

“Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür”-MÜDAFİƏ NAZİRLİYİ BƏYANAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir