Gənclər yeni dünya nizamının formalaşmasında həlledici rol oynamalıdır – SPİKER

Oqtay Əsədov: Beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkarlıq siyasətinə daha ciddi münasibət bildirməlidirlər

Dünya əhaslisinin ən dinamik üzvü olan gənclər yeni dünya nizamının formalaşmasında həlledici rol oynamalıdır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı Milli Məclisin (MM) sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, çünki gənclər dünya mədəniyyətini, sivilizasiyalararası mədəniyyətləri, yeni ideyaları daha tez mənimsəyirlər:

“Dünya əhalisinin mühüm hissəsini təşkil edən gənclər ən dinamik, sosial qrup olaraq dayanıqlı inkişaf məqsədlərinin əldə edilməsinə töhfələrini verə bilərlər. Çox böyük intellektual potensialın daşıyıcısı olan gənclər bir çox ölkələrin siyasi, iqtisadi və sosial strukturlarında önəmli yer tutaraq müasir cəmiyyətin mənəvi inkişafının mühüm amili kimi çıxış edirlər. Əminəm ki, məhz yeni dünya düzəninin formalaşmasında gənclər mühüm rol oynamalıdırlar…”.

Konfransda Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinə çevrildiyini bildirən spiker qeyd edib ki, bu istiqamətdə  də çox mühüm addımlar atılır, gənclər ölkə həyatın bütün sahələrində və sferalarında fəal iştirakçılığa cəlb edirlər.

Sonra çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə toxunan O. Əsədov Ermənistanın təcavüzkarlıq siyasətinin hələ də  davam etdiyini, beynəlxalq təşkilatların isə buna daha ciddi qiymət verməsinin vacibliyini bəyan edib.

Spiker artıq bir sıra nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətinə ədalətli qiymət verdiklərini də sözlərinə əlavə edib.

Əsədov ümid etdiyini bildirib ki, münaqişə nəhayət, sülh və danışıqlar yolu ilə öz ədalətli həllini tapacaq.

Spiker həmçinin belə bir tədbirin Azərbaycanda keçirilməsinin böyük hadisə olduğunu, ölkə Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına öz salamlarını göndərdiyini dilə gətirib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vuruldu: NƏTİCƏLƏR – FOTO

Read Next

Dünyada cavan deputatların sayı artıb – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir