Gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir – RƏCƏBLİ

“Artıq 20 ildir ki, fevral ayının 2-də Azərbaycan gəncləri öz bayramlarını- Gənclər Gününü qeyd edirlər. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda respublikamızın prezidenti İlham Əliyev cənabları tərəfindən böyük uğurla və qətiyyətlə davam etdirilir”.

Etikxeber.az xəbər verir ki, bunu professor, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.

O, qeyd edib ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Onların xarici ölkələrdə diaspor şəklində təşkilatlanması da uğurla gedir.

“Gənclərimiz Avropa və dünyanın bir çox nüfuzlu beynəlxalq gənclər təşkilatlarında uğurla təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib.

Fəal gənclərimizin istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə gəncliyimizin sabahına daha böyük inamla baxmağa əsas verir.

Əziz gənclər, mən bu sevimli tarix münasibəti ilə sizin hər birinizi təbrik edir, sizlərə dövlətçiliyimizin yüksəlişi, daha böyük qələbələri naminə sözün həqiqi mənasında əsil gənclik enerjisi arzulayıram!”-deyə, H. Rəcəbli daha sonra bildirib.

hadi-telebe

Etikxeber.az

Read Previous

Deputat baş serjant olan yol polisinə nədən minnətdarlıq etdi? – FOTOLAR

Read Next

Heydər Əliyev Sarayında Tofiq Quliyevin xatirəsinə həsr edilən konsert oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir