“Gərək kimsə gedə, kameraya çəkə, paylaşım edə?” – ƏMƏKDAR ARTİST YAZDI

Bəzən bir çox şeylər mənə çatmır.

Deyək ki, gözdən uzaq hansısa bir kənddə pis şəraitdə bir insan yaşayır.

Gərək Bakıdan kimsə gedə, kameraya çəkə, paylaşım edə?

Hamının yadına düşsün ki, belə bir insan var, yiyəsiz, kimsəsizdir.

Hamı bilmiyə bilər, bu da normaldır.

Rayon İcra Hakimiyyəti, kənd bələdiyyəsi ki, bilir bu vəziyyəti…

Onların borcudur ki, o şikəstə, kimsəsizə yardım etsin.

Amma etmirlər.

Dindən, imandan danışanlar, gecə-gündüz özünüzü reklam edib, “mən din adamıyam”, deyib, Həcc ziyarətdən tutmuş, nə bilim bütün camiləri gəzmək belə, Allaha sevgi deyil, özünü sığortalamaqdır.

Mənim şəxsi fikrimdir.

Boşuna ibadət etməyin, ibadətin yolu Allaha olan sevgidir.

Etdiyini kimsə bilmir, bunu Allaha xatir edirsən!

Nuriyyə HÜSEYNOVA,

Əməkdar artist

Etikxeber.az

Read Previous

“Təxribatçı ünsürlərin və əməllərin qarşısı birdəfəlik alınmalıdır” – KAMİLƏ ƏLİYEVA

Read Next

“Qarabağ” – “Partizani”: 2-0 – “QARABAĞ” “DANDOLK”LA QARŞILAŞACAQ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir