“Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir…”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN DAŞKƏSƏNİ DƏ ATƏŞƏ TUTDU – YENİLƏNİB

Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edib ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

“Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir”
-deyə, sonra qeyd olunub.

07:58

***

“Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüləcək”.

Bunu isə nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

Etikxeber.az

Read Previous

“Bu hadisə bir daha ermənilərin faşist mahiyyətini göstərir: Dünya ictimaiyyəti işğalçıların bu vəhşiliyinə münasibət bildirməlidir”-CƏBHƏ BÖLGƏSİNİN DEPUTATI

Read Next

Daha bir erməni vəhşiliyi-14 YAŞLI UŞAĞI HƏDƏF ALDI, AĞIR YARALADI – CİNAYƏT İŞİ BAŞLANILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir