Gərginliyə bəzən bir sıra millət vəkilləri özləri rəvac verir – BAŞ REDAKTORLARDAN ETİRAZ

Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb.

Etikxeber.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov  bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyinin media rəhbərləri ilə görüşündə deyib.

Ə.Amaşov vurğulayıb ki, mətbuatda çalışan filosoflar Azərbaycan xalqının inkişaf istiqamətini göstərdi:

“Həmin insanlar XIX əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra Cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdular”.

Ə.Amaşov vurğulayıb ki, milli azadlıq hərəkatında da mətbuat mühüm rol oynadı:

“Bu gün Azərbaycanda mətbuat tam müstəqildir, azad fəaliyyət göstərir, dövlət hər zaman Azərbaycan mətbuatının yanında olub. Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır. Hər zaman xalqımızın, dövlətimizin milli maraqlarından çıxış edir, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır”.

“Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək bildirib ki, parlamentlə media arasında münasibətlərin gərginləşməsinə əksər hallarda bəzi millət vəkillərinin fəaliyyəti rəvac verir.
“Axı, millət vəkili fəaliyyətində buna rəvac verməsə, ortada da  belə anlaşmazlıq olmaz?!”- deyə, o,  bildirib.
“Yeni Müsavat”  qəzetinin baş redakroru və təsisçisi rəhbəri Rauf Arifoğlu da media-parlament münasibətlərində yaranan gərginliyə bəzən bir sıra millət vəkillərinin özlərinin rəvac verdiyini bildirib.
Görüşdə çıxış edən digər media rəhbərləri də media-parlament münasibətlərinin hasnı formada həllinin tapması, eyni zamanda, medianın üzləşdiyi problem və onun həlli haqqında öz fikirlərini səsləndiriblər.
Etikxeber.az

Read Previous

Biz parlament olaraq mətbuatın işinə çox böyük önəm veririk – VİTSE-SPİKER

Read Next

Əliyev Hüseynə başsağlığı verdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir