“Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirilib”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN TƏRTƏR, AĞDAM VƏ GORANBOYUN KƏNDLƏRİNİ ATƏŞƏ TUTUR – NAZİRLİK AZƏRBAYCAN VƏTƏNDAŞLARINA MÜRACİƏT ETDİ – YENİLƏNİB – (1)

Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

Müdafiə Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.

10:27

***

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür

Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboy rayonunun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Bu haqda da MN məlumat yayıb.

Qeyd olunub ki, hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur.

Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

10:43

***

MN həmçinin Azərbaycan vətəndaşlarına müraciət edib.

Müraciətdə deyilir:

Vətəndaşlarımızın nəzərinə!

Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.

Bildiririk ki, son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur.  

Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Eyni zamanda bildiririk ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur. Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti qaynar xətt fəaliyyət göstərir:

+994 (012) 406-85-43

+994 (070) 946-51-11

+994 (055) 294-15-30

Etikxeber.az

_____

Read Previous

“Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”-BUNU AZƏRBAYCAN PREZİDENTİ ONA ZƏNG EDƏN MAKRONUN DİQQƏTİNƏ ÇATDIRDI…

Read Next

“Hikkə, geriçəkilmə, təcili zəng və iflas”-JALƏ ƏLİYEVA MAKRONUN HİKKƏSİNDƏN VƏ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏLƏSİK ZƏNGİNDƏN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir