Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Biraz öncə ATV-də “ Yadındamı” verilişinə baxdım. Verilişdə sovet dövründə istehsal olunan avtomobillərdən, onların respublikamızda istifadəsindən bəhs olunurdu. Yüksək peşəkarlıq, mövzunun hərtərəfli araşdırılması, böyük zəhmət və istedad, həm də keçmişə kövrək hüzn və dərin sevgiylə dolu münasibət aydın görünürdü. Verilişin adından tutmuş seçilən musiqilərədək orijinal idi.
Etikxeber.az xəbər verir ki, bunu “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid öz “Facebook” statusunda yazıb.
“Maraqlandım. Bir ilə yaxındır ki, efirdədir. Yaxın tarixdə yaşanılan, nostalji yaradan mövzulara – Bakı Bulvarına, Azərbaycan cazına, “Qaya” qrupuna və s. həsr edilmiş buraxılışları olub. Gec rast gəldiyimə təəssüfləndim. TV-də belə səviyyəli araşdırmaların, maraqlı verilişlərin olmasından doğan nikbinlik məndə xoş ovqat yaratdı. Aparıcı Mirsəməd Cəfərlini və zəhməti olan bütün yaradıcı heyəti təbrik edirəm”-deyə, o, əlavə edib.
Etikxeber.az





