General və deputat Əliyevlər qardaşları ilə… – FOTO

“Böyük qardaşım Allahverdi Əliyevin 70 yaşını qardaşlar arasında qeyd etdik”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev özünün “Facebook” səhifəsində yazıb və doğum günü tədbirdən çəkilən fotonu paylaşıb

“Onun haqqında çox sözlər yazmaq olar. Qısa olaraq söyləyim ki, Allahverdi qardaşım Azərbaycanın güclənməsinə çalışan və onun uğurlarına sevinən insanlardandır. Allah cansağlığı və uzun ömür versin.
Ürəkdən təbrik edirəm!”-deyə, deputat sonra yazıb.

Qeyd edək ki, A. Əliyevin qardaşlarından biri də general, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Etikxeber.az

Read Previous

Şəhidimiz Astaranın Şahağacı kəndində dəfn olunacaq

Read Next

Maral göldə təbiətə qarşı qanunazidd münasibət göstərənlər müəyyənləşdirildi – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir