Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı iki hissəli tragikomik tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq Artisti Cəfər Namiq Kamal, Əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa edib.
Qeyd edək ki, tamaşanın premyerası 2014-ci il sentyabrın 19-da baş tutub.
Etikxeber.az