“Getdiyiniz yol Kandil, Pensilvanya yoldur” – ƏRDOĞAN

15 iyulun unudulmasına və unutdurulmasına izn verə bilmərik.

Etikxeber.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin yerli təşkilatlarının başqanları ilə görüşündə deyib.

O, çıxışında CXP-nin və CXP lideri Kamal Kılıcdaroğlunun Ankaradan İstanbula doğru günlərdir başlatdığı “Ədalət!” yürüşünə də toxunaraq, növbəti dəfə sərt ifadələr səsləndirib.

Ərdoğanın iddiasına görə, artıq CXP-nin sərgilədiyi siyasət müxalifətçilik boyutunu aşıb, müxalifətçilik hüdudlarından kənara çıxıb.

“Sizin getdiyiniz yol Kandil, Pensilvanya yoldur”-deyən Ərdoğan iddia edib ki, darbeçiləri bir yana qoyub, darbeyə məruz qalanları suçlayanlara yazıqlar olsun.

“Terrorçuları buraxıb, terrora və terrorçulara qarşı mübarizə aparanlara qarşı çıxanlara yazıqlar olsun!”-deyə, Türkiyə prezidenti daha sonra deyib.

Etikxeber.az

 

Read Previous

Əli Həsənov İbrahim Mehdiyevin Prezident tərəfindən cəzalandırılmasından danışdı

Read Next

Tatarıstanda baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir