“Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur”-MM-İN KOMİTƏ SƏDRİ

Bu gün Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Bildirib ki, geni dəyişdirilmiş məhsullar əsas problemlərdir.

“Hətta artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir. Soyuqda bitməsi nəzərdə tutulan və daha çox məhsul verən bitkini gətirib Azərbaycanda əkirlər, onun məhsullarının da insana psixoloji təsiri başqa cür olur. Bitkilərin müxtəlif vəhşi heyvanların genindən formalaşmış və çox məhsul verə biləcək toxumları hazırlanır. Bu toxumlardan alınan məhsullar da insanlarda aqressivliyin artmasına yol açır. Digər məsələ müxtəlif malların, məhsulların rayon yerlərində eyni yerdə satışının təşkil olunmasıdır. Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Milli Məclisin plenar iclaslarından biri Şuşada keçirilsin”-AYDIN MİRZƏZADƏDƏN MARAQLI TƏKLİF

Read Next

“Vətən Müharibəsi zamanı bəzi sənət, incəsənət adamları susdu və prosesləri kənardan seyr etdilər”-NOVRUZ ASLAN – (MÜSAHİBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir