Gimnastikada hicaba icazə veriləcək-FİG-DƏN YENİ QƏRAR

Beynəlxalq Gimnastika Federasiyası (FİG) qadın idmançılara baş geyimi ilə çıxış etməyə icazə verəcək.

Etikxeber.az-ın məlumatına görə, qurumun İcraiyyə Komitəsi belə yenilik barədə qərarla razılaşıb.

Bu, o halda mümkün olacaq ki, geyim bütün təhlükəsizlik qaydalarına cavab versin.

“Bunun üçün geyim başa sıx oturmalıdır. İdmançının üzü tamam açıq qalmalıdır. Çıxış zamanı gimnast üçün təhlükə yaratmamalıdır. Həmçinin baş geyimi idman forması ilə eyni rəngdə olmalıdır”-deyə, qeyd olunub.

Söhbət ilk növbədə müsəlman ölkələrdə istifadə olunan hicabdan gedir.

Qaydalara dəyişikliklər İcraiyyə Komitəsinin növbəti yığıncağında təsdiqlənəcək (APA).

Etikxeber.az

Read Previous

Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyi tədbirlərində-İŞTİRAK EDƏCƏK

Read Next

DİN və Baş Prokurorluqdan saxta COVID pasportlarının verilməsi ilə bağlı-BİRGƏ MƏLUMAT – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir